Əraqçi ABŞ-nin İranın siyasi sistemini sıradan çıxarmağa nail ola bilmədiyi qənaətindədir

Baş səhifə
Əraqçi ABŞ-nin İranın siyasi sistemini sıradan çıxarmağa nail ola bilmədiyi qənaətindədir

İranın xarici işlər naziri Abbas Əraqçi “NBC” telekanalına müsahibəsində ABŞ-nin ölkəsinin siyasi sistemini sıradan çıxara bilmədiyini bəyan edib.

“Report”un məlumatına görə, xarici siyasət idarəsinin rəhbəri Vaşinqtonun öz əsas məqsədinə – sürətli qələbəyə nail ola bilmədiyini qeyd edib.

“Sistem işləyir, həlak olanların yerinə yeni komandanlar təyin edilib və tezliklə yeni ali lider olacaq. Hər şey qaydasındadır”, – Əraqçi bildirib.

O, İranın 2025-ci ilin iyununda ABŞ və İsrailin hücumlarından “çoxlu dərslər çıxardığı” fikrini ifadə edib.

“İndi onlar “B planı”ndan danışırlar ki, mən bunun onlar üçün daha ciddi bir uğursuzluq olacağını düşünürəm”, – Əraqçi əlavə edib.