İsrailin müdafiə naziri İsrael Kats bəyan edib ki, İranın ali lideri Əli Xaməneinin istənilən varisi “qeyd-şərtsiz hədəfə çevriləcək və öldürüləcək”.
Bu barədə “Report” İsrail KİV-ə istinadən xəbər verir.
“İranın İsrailin məhv edilməsi planını davam etdirmək, ABŞ-yə, azad dünyaya və regionun ölkələrinə qarşı təhdidlər yaratmaq üçün təyin etdiyi istənilən lider qeyd-şərtsiz hədəfə çevriləcək və öldürüləcək”, – İ.Katsın bəyanatında bildirilib.
O həmçinin qeyd edib ki, İsrail rejimin potensialını zəiflətmək və onun devrilməsi üçün şərait yaratmaq məqsədilə ABŞ ilə birgə döyüş əməliyyatlarını davam etdirmək niyyətindədir.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

