Bakı. Trend:
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 40-a yüksəlib,
onlarla insan hələ də itkin düşmüş hesab olunur.
Trend xəbər verir
ki, bu barədə yanğınsöndürmə-xilasetmə xidməti məlumat yayıb.
“Məlumata görə, Minas-Jerays ştatında leysan yağışlar
nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb”, – məlumatda
bildirilib.
Qeyd olunub ki, daşqınlar və torpaq sürüşmələri Juis-di-Fora və
Uba şəhərlərində təxminən 3 600 nəfərin təxliyə edilməsinə səbəb
olub, 27 nəfər isə hələ də itkin düşmüş hesab olunur.
Axtarış-xilasetmə işləri davam etdirilir.
Xatırladaq ki, daha əvvəl Braziliyadakı leysanlar nəticəsində 30
nəfərin öldüyü, daha 39 sakinin isə itkin düşdüyü
bildirilmişdi.

