Paytaxtın bu küçəsi təmir olundu (FOTO)

Baş səhifə

Bakı.Trend:

Rahat və təhlükəsiz hərəkətin təmin edilməsi məqsədilə Xətai
rayonu ərazisində yerləşən Fəzail Bayramov küçəsinin bir hissəsində
təmir işləri həyata keçirilib.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
(AAYDA) məlumat yayıb.

Bildirilir ki, ərazidə gündüz saatlarında müşahidə olunan
nəqliyyat sıxlığı nəzərə alınaraq, hərəkətin məhdudlaşdırılmaması
üçün işlər gecə saatlarında icra olunub.




Təmir işləri küçənin Xətai prospektindən Gülarə Qədirbəyova
küçəsinədək olan 270 metrlik hissəsini əhatə edib. Ümumilikdə
təqribən 5 500 kvadratmetr sahədə köhnə asfalt örtüyünün
frezlənməsi və yeni asfalt-beton örtüyünün döşənməsi təmin
olunub.

Aparılan işlər nəticəsində sözügedən hissədə nəqliyyat
vasitələrinin daha rahat və təhlükəsiz hərəkəti təmin edilib.