Bakı. Trend:
Niderland millisinin üzvü Memfis Depay Braziliyanı tərk etməyi
düşünmür.
Trend xəbər verir
ki, futbolçuya Türkiyə, Səudiyyə Ərəbistanı və BƏƏ klublarından
təkliflər gəlib.
Lakin təcrübəli hücumçu “Korintians”da qalmaq niyyətindədir.
Məlumata görə, o, klubun müqavilə müddətini uzatmaq təklifinə
müsbət yanaşa bilər. Memfis Depayın “Korintians”la hazırkı
müqaviləsi 2026-cı il avqustun 31-dək qüvvədədir.
Qeyd edək ki, futbolçu daha əvvəl PSV, “Mançester Yunayted”,
“Lion”, “Barselona” və “Atletiko” klublarında çıxış edib.

