Zelenski: Nikolayevdə partlayış zamanı 7 polisin yaralandığı hadisənin terror aktı versiyası yoxlanılır

Baş səhifə
Zelenski: Nikolayevdə partlayış zamanı 7 polisin yaralandığı hadisənin terror aktı versiyası yoxlanılır

Nikolayevdə 7 polisin yaralanması ilə nəticələnən bugünkü (dünənki – red.) partlayışın terror aktı versiyası yoxlanılır.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.

“İndicə hüquq-mühafizə orqanları əməkdaşlarının Nikolayevdəki partlayışla bağlı ilk açıqlaması oldu. Milli Polisin əməkdaşları zərər çəkib – 7 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Onlara lazımi yardım göstərilir. Bütün hallar araşdırılır. O cümlədən, terror aktı versiyası yoxlanılır”, – Zelenski qeyd edib.

Daha əvvəl Ukrayna Milli Polisinin rəhbəri İvan Vıqovski bildirib ki, bu gün axşam Nikolayevdə işləməyən yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində patrul polisinin yeddi əməkdaşı yaralanıb.