“Şimal-Cənub” Nəqliyyat Dəhlizi çərçivəsində yükdaşımaların tənzimlənməsi diqqət mərkəzindədir – İranlı nazir

Baş səhifə

Bakı. Trend:

21 marta qədər “Şimal-Cənub” Nəqliyyat Dəhlizi çərçivəsində
İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmir
yolunun tikintisinin başlanması ilə İran, Azərbaycan və Rusiya
arasında yükdaşımalarının tənzimlənməsi diqqət mərkəzindədir.

Trend xəbər
verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq
Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə
əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 17-ci iclasında deyib.




Onun sözlərinə görə, hazırda 160 km uzunluğunda dəmir yolu
xəttinin tikintisi üçün xəttin keçdiyi ərazinin 120 kilometrinin
mülkiyyəti vətəndaşlardan satın alınıb.

Sadeq bildirib ki, “Şimal-Cənub” dəhlizi çərçivəsində İran,
Rusiya və Azərbaycan arasında ildə 15 milyon ton yükün daşınması
xüsusi olaraq diqqət mərkəzində saxlanılır.