Azərbaycan səfiri Monakonun xarici işlər və əməkdaşlıq üzrə naziri ilə danışıqlar aparıb

Baş səhifə
Azərbaycan səfiri Monakonun xarici işlər və əməkdaşlıq üzrə naziri ilə danışıqlar aparıb

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Monakonun hökumət məsləhətçisi – xarici işlər və əməkdaşlıq üzrə naziri İzabel Berro-Amadey ilə danışıqlar aparıb.

“Report”un məlumatına görə, diplomat bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Monakoda səmərəli danışıqlar aparılıb. Hökumət məsləhətçisi – xarici işlər və əməkdaşlıq üzrə nazir İzabel Berro-Amadeyə, eləcə də hökumət məsləhətçisi – avadanlıq, ətraf mühit və şəhərsalma üzrə nazir Selin Karon-Dajoniyə təşəkkür edirəm”, – L.Abdullayeva yazıb.