
Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda 402 ədəd minik avtomobili
istehsal edilib.
Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövründəki
göstəriciyə nisbətən 1 960 ədəd və ya 71,1% çoxdur. Belə ki,
2025-ci ilin yanvar ayında ölkədə 235 ədəd minik avtomobilləri
istehsal edilib.
Cari ilin fevralın 1-nə ölkədə hazır məhsul ehtiyatı 244 ədəd
təşkil edib.
Eyni zamanda, hesabat dövründə ölkədə 56 ədəd yük avtomobili
istehsal edilib ki, bu da 2025-ci ilin yanvar ayındakı göstərici
ilə müqayisədə 48 ədəd və yaxud 7 dəfə çoxdur.
Bu ilin fevralın 1-nə hazır məhsul ehtiyatı 19 ədəd təşkil
edib.
Qeyd edək ki, maşın və avadanlıqların, avtomobil, qoşqu və
yarımqoşquların istehsalı sahələrində 2026-сı ilin yanvar ayında
38,2 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq
ayı ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı
isə 2,1 dəfə artıb, maşın və avadanlıqların istehsalı 10,8 faiz
azalıb.

