
Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda 114,9 min ton avtomobil
benzini istehsal edilib.
Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən bu göstərici 2025-ci ilin eyni dövrü ilə
müqayisədə 9,1 min ton və ya 7,3% azdır.
Bu ilin fevralın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı
65,7 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının
istehsalı sahəsində istehsalın ümumi dəyəri 398,3 milyon manat
olmaqla, əvvəlki ilin yanvar ayı ilə müqayisədə 16,4 faiz
azalıb.

