
Bakı. Trend:
Avropalılar Ukraynanın təhlükəsiz bölgələrindən birinə Avropa
qoşunlarını göndərməklə Kiyevə sadiqliklərini nümayiş etdirə
bilərlər.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın sabiq Baş
naziri Boris Consonun “The Wall Street Journal” nəşrində dərc
olunan məqaləsində qeyd olunub.
“Biz – avropalılar, Ukraynanın tamamilə təhlükəsiz olan bir və
ya bir neçə bölgəsinə Avropa quru qoşun kontingentini göndərməklə
azad və suveren Ukraynaya sadiqliyimizi nümayiş etdirə bilərdik.
Onların missiyası döyüş əməliyyatlarında iştirak etmək və ya
avropalıların həyatını riskə atmaq deyil, xarici əsgərlərin Ukrayna
torpağına dəvət olunması qərarının hər zaman Ukraynanın işi
olduğunu vurğulamaq olardı. Bununla göstərmiş olardılar ki, buna
qərarı məhz Ukrayna xalqı verir”, – deyə Conson yazıb.
Consonun fikrincə, Avropa həmçinin Ukraynaya Rusiya pilotsuz
uçuş aparatları istehsal edən zavodları məhv etmək üçün vasitələr
verməli, Rusiyanın “kölgə donanması”nın müsadirəsi üzrə
əlaqələndirilmiş əməliyyata başlamalı və dondurulmuş Rusiya
aktivlərini Ukraynaya təhvil verməlidir.

