ABŞ-də qar uçqunu baş verdi

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Kaliforniya ştatında Taho gölü yaxınlığında baş verən
qar uçqunu nəticəsində 10 xizəkçi itkin düşüb, daha 6 nəfər isə qar
kütləsinin altında qalıb.

Trend xəbər verir
ki, bu barədə “NBC” telekanalı məlumat yayıb.




Məlumata görə, hadisə məşhur xizək mərkəzinin yerləşdiyi Taho
gölünün şimal-qərbində, Kasl Pik bölgəsində, Traki şəhəri
yaxınlığında qeydə alınıb. Qar uçqunundan sonra 10 xizəkçinin itkin
düşdüyü, daha 6 nəfərin isə xilas edilməsini gözləyərkən ilişib
qaldığı bildirilib.

Şerif Departamentinin kapitanı Rassel Qrinin sözlərinə görə,
fevralın 17-si axşam saatlarında təxminən 46 xilasedici hadisə
yerinə göndərilib. Lakin son məlumata əsasən, xilasedicilər hələ
uçqunun baş verdiyi əraziyə çatmayıblar.