Bakı. Trend:
İspaniyanın hüquq-mühafizə orqanları Fransa gömrükçülərinin
dəstəyi ilə mütəşəkkil cinayət qruplaşmasını zərərsizləşdirərək
Avropada “ən böyük saxta ətir fabriki”ni aşkarlayıb və onun
fəaliyyətini dayandırıb.
Trend xəbər verir
ki, bu barədə Reuters məlumat yayıb.
Bildirilib ki, İspaniya və Fransa gömrük orqanlarının birgə
əməliyyatı nəticəsində ümumi dəyəri 94 milyon avrodan çox olan
məhsul müsadirə edilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətkar
təşkilata üzvlük, qaçaqmalçılıq və patent hüquqlarının pozulmasında
şübhəli bilinən yeddi nəfər saxlanılıb. Eyni zamanda, ümumilikdə
1,2 milyon flakon saxta ətirin saxlanıldığı iki anbar da müsadirə
olunub.

