Fransada davam edən daşqınlar geniş əraziləri su altında qoydu

Baş səhifə

Bakı. Trend:

Fransanın cənub-qərbində böyük ərazilər uzun müddətdir davam
edən daşqınlar səbəbindən su altında qalıb.

Trend xəbər verir
ki, daşqınlar artıq bir aydan çoxdur davam edir.

Ən çox zərər çəkən ərazilər Qaron, Luara və Şaranta çaylarının
vadilərində yerləşir.




17 fevral tarixinə olan məlumata görə, Fransanın qərbindəki
Men-i-Luara, həmçinin cənub-qərbində yerləşən Jironda və Lo-i-Qaron
departamentləri üçün ən yüksək – qırmızı iqlim həyəcanı səviyyəsi
elan edilib. Daha 11 departamentdə isə ikinci ən yüksək – narıncı
həyəcan səviyyəsi tətbiq olunub.

Su basmış ərazilərdən əhalinin təxliyəsi davam edir. Məlumata
görə, 1600-dən çox insan evlərini tərk etmək məcburiyyətində
qalıb.