Ötən il kosmik-peyk rabitə vasitələrinin istismarı ilə bağlı 6 qərar verilib – RƏSMİ

Baş səhifə

Bakı.Trend:

Ötən il Radiotezliklər üzrə Dövlət Komissiyasına daxil olmuş 71
müraciətə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Trend xəbər
verir ki, bu barədə məlumat İnformasiya Kommunikasiya
Texnologiyaları Agentliyinin (İKTA) 2025-ci ilə dair illik
hesabatında yer alıb.

Bildirilir ki, radiotezlik zolaqlarının ayrılması barədə 56
qərar, yenidən rəsmiləşdirmə üzrə 9 qərar və kosmik-peyk rabitə
vasitələrinin istismarı ilə bağlı 6 qərar verilib.




Yenidən rəsmiləşdirmə də daxil olmaqla ümumilikdə 151
radiotezlik ayrılıb.

Nəticədə Dövlət Komissiyasının iclasında baxılan məsələlərin
hamısı müsbət cavablandırılaraq müvafiq icazələr verilib. Eyni
zamanda Radiotezliklər üzrə Dövlət Komissiyasının müvafiq qərarları
ilə ümumilikdə 240 ədəd radiotezlik resursu (radiotezlik
nominalları) dövlət resursu kimi geri alınıb.