Kamçatkada 6,3 bal gücündə zəlzələ baş verdi

Baş səhifə

Bakı. Trend:

Rusiyanın Kamçatka diyarında 6,3 bal gücündə zəlzələ qeydə
alınıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının
Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsinin “Telegram” kanalında
məlumat verilib.




Məlumata əsasən, zəlzələ Petropavlovsk-Kamçatskidən 222 km
məsafədə baş verib. Təkanların episentri 45 km dərinlikdə olub.

İlkin hesablamalara görə, Petropavlovsk-Kamçatskidə baş verən
zəlzələ 3,0 bal gücündə hiss olunub.