Sumqayıtda 33 yaşlı kişi dəm qazından boğulub ölüb

Baş səhifə
Sumqayıtda 33 yaşlı kişi dəm qazından boğulub ölüb

Sumqayıt şəhərində 33 yaşlı kişi dəm qazından boğulub ölüb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə 52-ci məhəllə Duzlaq küçəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

İlkin məlumata görə, 1993-cü il təvəllüdlü Amil Qarayev hamam otağında dəm qazından zəhərlənərək hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.