Azərbaycan və Almaniya xarici işlər nazirləri ikitərəfli münasibətləri müzakirə ediblər (FOTO)

Baş səhifə

Bakı. Trend:

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan xarici
işlər naziri Ceyhun Bayramov Almaniyanın Federal xarici işlər
naziri Yohann David Vadeful ilə görüşüb.

Trend-in Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata
görə, müzakirələr zamanı əsas diqqət Azərbaycan və Almaniya
arasında ikitərəfli münasibətlərin inkişafına, o cümlədən siyasi
dialoq, enerji təhlükəsizliyi, yaşıl iqtisadiyyata keçid, ticarət,
nəqliyyat və humanitar əməkdaşlıq məsələlərinə yönəldilib.

Görüş zamanı regional hadisələr, Ermənistan və Azərbaycan
arasında münasibətlərin normallaşması prosesi və münaqişədən
sonrakı bərpa səyləri də müzakirə olunub.