Britaniya Baş nazirinin kommunikasiyalar rəhbəri Epşteyn işi ilə bağlı istefa verib

Baş səhifə
Britaniya Baş nazirinin kommunikasiyalar rəhbəri Epşteyn işi ilə bağlı istefa verib

Böyük Britaniyanın Baş naziri Kir Starmerin ictimaiyyətlə əlaqələr üzrə icraçı direktoru Tim Allan ABŞ-dəki keçmiş Britaniya səfiri Piter Mandelssonun maliyyəçi Ceffri Epşteynlə əlaqələri ilə bağlı qalmaqal fonunda istefa verib.

“Report” xəbər verir ki, bu barədə “Sky news” məlumat yayıb.

“Mən Dauninq-stritdə yeni komandanın formalaşdırılması üçün istefa verməyə qərar verdim. Baş nazirə və onun komandasına uğurlar arzulayıram”, – T.Allan bəyanatda bildirib.