Bakı. Trend:
“Yeddilik Qrupu” (G7) ölkələri ABŞ və İran arasında əldə edilən
razılaşmaları dəstəkləyir və onların həyata keçirilməsinə kömək
etməyə hazırdırlar.
Bu barədə “G7” ölkələri liderlərinin geosiyasi məsələlərlə bağlı
birgə bəyanatında deyilir.
“Biz Yaxın Şərqdə mövcud olan irəliləyişi və imkanları görürük”,
– deyə sənəddə bildirilib.
“[ABŞ] Prezidenti Donald Trampın qətiyyətli rəhbərliyi və
vasitəçi ölkələrin dəstəyi ilə əldə edilən və İranın nüvə silahı
əldə etməsinin qarşısını almaq və bölgədəki fəaliyyətləri və
ballistik raketlərin hazırlanması ilə bağlı təhdidləri aradan
qaldırmaq üçün tarixi bir fürsət yaradan ABŞ-İran razılaşmasının
elan edilməsini alqışlayırıq. Biz onların [razılaşmalarını]
dəstəkləyirik və onların həyata keçirilməsinə töhfə verməyə
hazırıq”, – deyə qeyd olunub.

