Bakı və Salyanın bu ərazilərində işıq olmayacaq

Baş səhifə

Bakı. Trend:

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ)
ərazisində Transformator Məntəqələrində (TM) təmir işi həyata
keçiriləcək.

Bununla bağlı “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar saat 10:00-dan 13:00-dək iyunun
16-da Zahid Xəlilov, Süleyman Dadaşov, Əbdürrəhim bəy Haqverdiyev,
Əhməd Cəmil, iyunun 17-də isə Əsəd Əhmədov, Murad Mirzəyev,
Məhəmməd Xiyabani küçələri, Yeni Yasamal-2 yaşayış massivinin bir
hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət
yaranacaq.




Həmçinin Nizami RETSİ ərazisində yerləşən TM-lərdə aparılacaq
təmir-təftiş işləri zamanı fasilə saat 10:00-dan 13:00-dək iyunun
16-da Rüstəm Rüstəmov, Musa Əliyev, iyunun 17-də Şirin Mirzəyev və
Əliağa Kürçaylı küçələrinin bəzi hissələrini əhatə edəcək.

İyunun 17-də Salyan Elektrik Şəbəkəsinə (EŞ) daxil olan
Seyidsadıqlı kəndi də yenidənqurma işlərinə cəlb ediləcək.
Beləliklə, saat 10:00-dan 13:00-dək Marışlı və Seyidsadıqlı
kəndləri gərginliksiz qalacaq.

Təmir-təftiş və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin
ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.