ABŞ qüvvələri narkotik qaçaqmalçılarına məxsus gəmiyə zərbə endirib

Baş səhifə

Bakı. Trend:

ABŞ ordusu Sakit Okeanın şərqində narkotik qaçaqmalçılarına
məxsus olduğu gəmiyə qarşı daha bir zərbə endirib.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandalığı “X” sosial
şəbəkəsində yazıb.




“Kəşfiyyat gəminin Şərqi Sakit Okean bölgəsində narkotik
qaçaqmalçılığı üçün məlum marşrutlar boyunca üzdüyünü və narkotik
ticarəti üçün istifadə edildiyini təsdiqləyib”, – deyə
bildirilib.

Bir nəfərin öldüyü, iki nəfərin sağ qaldığı bildirilib. Cənub
Komandanlığı axtarış-xilasetmə sistemini aktivləşdirmək üçün Sahil
Mühafizəsinə məlumat verib.