
Bakı. Trend:
Çin ticarət və maliyyə sahəsində xarici təzyiqlər qarşısında
milli maraqlarını və suverenliyini qətiyyətlə müdafiə edəcək.
Bunu Çinin Dövlət Şurası Baş nazirinin müavini He Lifeng 2026
Maliyyə Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, faktlara məhəl qoymayan təzyiqlər və
əsassız məhdudiyyətlərlə üzləşən Çin heç vaxt geri çəkilməyəcək və
milli suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qanun
çərçivəsində qətiyyətlə qoruyacaq.

