Azərbaycan və Çad iqtisadi əməkdaşlığı dəyərləndirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Çad arasında iqtisadi əməkdaşlıq potensialının
reallaşdırılması imkanları nəzərdən keçirilib.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X”
hesabında paylaşım edib.




“İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində
Çad Respublikasının dövlət naziri, maliyyə, büdcə, iqtisadiyyat,
planlaşdırma və beynəlxalq əməkdaşlıq naziri Tahir Hamid Nguilin
ilə görüşdük.

Ticarət, investisiya, enerji, rəqəmsallaşma və digər sahələrdə
əməkdaşlıq potensialının reallaşdırılması imkanlarını vurğuladıq”,
– paylaşımda qeyd edilib.