“Arsenal” “Qarabağ”ın rəqibinə 100 milyon funt-sterlinq təklif edəcək

Baş səhifə

Bakı. Trend:

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın
rəqibi olan “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali Premyer
Liqada klubunu dəyişə bilər.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Arsenal” italiyalı futbolçunun
xidmətində maraqlıdır.

“Arsenal” yayda Tonalini heyətinə qatmağa çalışacaq. London
klubu 25 yaşlı dayaq yarımmüdafiəçisi üçün 100 milyon
funt-sterlinqlik təklif göndərəcək.




“Nyukasl” Sandro Tonalini 2023-cü ilin yayında “Milan”dan 60
milyon avroya transfer edib. İtaliya millisinin üzvü bu mövsüm “sağsağanlar”ın heyətində meydana çıxdığı 36 rəsmi matçda 5 qol
ötürməsi edib.

Qeyd edək ki, “Qarabağ”ın “Nyukasl”la ilk oyunu fevralın 18-də
Bakıda keçiriləcək. Komandalar arasındakı cavab görüşü isə ayın
24-dən 25-nə keçən gecə “Sent Ceyms Park”da baş tutacaq.