Bakı. Trend:
Portuqaliya hökumətinin ilkin hesablamalarına görə, “Kristina”
qasırğasının zədələdiyi infrastrukturun bərpası azı 4 milyard
avroya başa gələcək.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Ölkənin iqtisadiyyat naziri Manuel Kastro Almeyda “RTP”
telekanalına açıqlamasında bildirib ki, dəyən zərər iqtisadiyyat
üçün ciddi bir şok olacaq.
O əlavə edib ki, qiymətləndirməyə təchizat zəncirindəki
fasilələr kimi dolayı itkilər daxil deyil. İstehsal sahələri
tamamilə dağıldığı üçün bəzi şirkətlər fabrikləri yenidən qurmalı
olacaqlar.
Qeyd edək ki, “Kristina” qasırğası Portuqaliyanı yanvarın 31-də
vurub. Sürəti saatda 200 kilometri ötən külək ölkədə təxminən 450
min ev təsərrüfatını elektriksiz qoyub və azı beş nəfər ölüb.

