
Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın administrasiyası İspaniya
məhsullarına embarqo tətbiq etməyə hazırlaşır.
Bu barədə “Politico” nəşri ABŞ rəsmisinə istinadən məlumat
yayıb.
Yaxın günlərdə Trampa embarqoya məruz qala biləcək İspaniya
məhsullarının siyahısının təqdim ediləcəyi bildirilir.
Məqalədə vurğulanır ki, Ağ Evin belə bir addımı ABŞ ilə bütün
Avropa İttifaqı (Aİ) arasında ticarət müharibəsinə səbəb ola bilər.
Çünki Aİ üzvünə qarşı embarqo ötən il Vaşinqton və Brüssel arasında
əldə edilmiş razılaşmanı “məhv edəcək”.

