Bakı. Trend:
ABŞ hərbçiləri Ərəbistan dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinə
məxsus təxminən 20 döyüş və yardımçı gəmidən ibarət qruplaşma
cəmləşdirib.
Bu barədə mənbələrə istinadən Fox News telekanalı məlumat
yayıb.
Məlumata görə, qruplaşmanın tərkibinə USS Abraham Lincoln və USS
George H.W. Bush təyyarədaşıyıcılarının başçılıq etdiyi iki
aviadaşıyıcı zərbə qrupu, həmçinin göyərtəsində ABŞ Dəniz
Piyadalarının 11-ci Ekspedisiya Dəstəsini daşıyan USS Boxer
universal desant gəmisinin rəhbərlik etdiyi amfibiya-desant qrupu
daxildir.

