
ABŞ Prezidenti Donald Tramp NATO sammiti çərçivəsində İspaniyanı alyans qarşısında müdafiə xərcləri ilə bağlı öhdəliklərini yerinə yetirməməkdə və Vaşinqtonun İran siyasətinə kifayət qədər dəstək verməməkdə ittiham edib.
Lent.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, o, bunun cavabı olaraq İspaniya ilə ticarətin dayandırılması barədə göstəriş verdiyini bildirib.
Madrid isə bu bəyanata cavab olaraq NATO qarşısındakı öhdəliklərini yerinə yetirdiyini və ABŞ-la ticarət məsələlərinin Avropa İttifaqı çərçivəsində tənzimləndiyini vurğulayıb.

