Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı növbəti, 20-ci sanksiyalar paketi energetika, ticarət və maliyyə xidmətlərini əhatə edəcək.
“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında bildirilib.
Qeyd olunub ki, yeni sanksiyalar paketində Aİ məhdudlaşdırıcı tədbirləri Rusiya neftinin daşınması üçün istifadə olunan daha 43 tankerə şamil edəcək. Bundan əlavə, paketə Rusiya neftinin daşınmasına xidmət göstərilməsinə qadağa da daxil ediləcək.
MƏLUMAT YENİLƏNİR
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

