
Bakı.Trend:
ABŞ Nümayəndələr Palatası 2027-ci maliyyə ili üçün təxminən 1,15
trilyon dollar həcmində nəzərdə tutulan Milli Müdafiə
Səlahiyyətləri Aktı (NDAA) çərçivəsində müdafiə büdcəsi layihəsini
cüzi səs fərqi ilə qəbul edib.
Bu barədə “The Hill” nəşri məlumat yayıb.
Məlumata görə, sənədin lehinə 216, əleyhinə isə 212 konqresmen
səs verib.
Səsvermə zamanı yeddi respublikaçı qanunverici layihəni
dəstəkləməyib, altı demokrat isə onun lehinə səs verib.
“The Hill” qeyd edir ki, hər il qəbul olunan NDAA adətən hər iki
partiyanın dəstəyini qazanır. Lakin bu il sənəd ABŞ ilə İran
arasında yaranmış münaqişə fonunda Konqresdə çətinliklərlə
üzləşib.
Müdafiə büdcəsi layihəsi növbəti mərhələdə ABŞ Senatında
müzakirə olunacaq. Sənəd Senat tərəfindən də təsdiqlənərsə,
imzalanmaq üçün ABŞ prezidentinə təqdim ediləcək.

