Güllələnmə hadisəsi baş verən liseyin qarşısındakı son vəziyyət (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bu gün səhər saatlarında silahlı insident baş verən özəl “İdrak”
liseyi hazırda qapılarını kənar şəxslərin üzünə bağlayıb. Təhsil
ocağının qarşısında isə mətbuat nümayəndələri, valideynlər və
vətəndaşlar toplaşıb.

Trend-in hadisə
yerində olan müxbirinin məlumatına görə, təhsil ocağının rəsmiləri
liseyin daxilindədir və onlar hələki jurnalistlərin qarşısına
çıxmayıb. Dərslər təxirə salınıb və valideynlər övladlarını
liseydən aparır.

Qeyd edək ki, fevralın 6-da saat 09:10 radələrində Binəqədi
rayonunda yerləşən özəl “İdrak” liseyinin 10-cu sinif şagirdi Ə.Ş
atasına məxsus ov silahı ilə liseydə müəllim işləyən 1997-ci il
təvəllüdlü Şəhla Kamilovanı güllələyib.




Hadisə törədən məktəbli saxlanılıb. Binəqədi rayon
prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət
işi başlanaraq ibtidai istintaq aparılır.

Kliniki Tibbi Mərkəzə odlu silahdan açılan atəşlə zədələnmə
diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib,
müvafiq laborator və instrumental müayinələr aparılıb, vəziyyəti
orta ağırdır.