Rusiyada 40-a yaxın sərnişin qatarının hərəkətində gecikmə yaranıb

Baş səhifə
Rusiyada 40-a yaxın sərnişin qatarının hərəkətində gecikmə yaranıb

Rusiya Federasiyasının Tambov vilayətində yük qatarının vaqonlarının relsdən çıxması səbəbindən uzaq məsafəli 39 sərnişin qatarı gecikir.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “Rusiya Dəmir Yolları” ASC-nin “Federal Sərnişin Şirkəti”ndən məlumat verilib.

Altı qatarın marşrutu dəyişdirilib, 47 qatar artıq mənzil başına çatıb.

“Qatar briqadalarının əməkdaşları sərnişinlərə hərtərəfli yardım və dəstək göstərirlər”, – məlumatda deyilir.