
Bakı. Trend:
Amerikalı milyarder İlon Mask ABŞ-ın qaçılmaz şəkildə müflislik
riski ilə üz-üzə qaldığını və bu təhlükədən çıxış yolunun yalnız
süni intellekt və robot texnologiyalarının inkişafından keçdiyini
deyib.
Trend xəbər verir ki, Mask bu
fikirləri amerikalı bloqer Dvarkeş Patelə aid “YouTube” podkastında
səsləndirib.
“Bir dövlət kimi süni intellekt və robotlar olmadan biz 1000
faiz ehtimalla müflis olacağıq və uğursuzluğa düçar olacağıq.
Dövlət borcu problemini başqa heç nə həll edə bilməz”, – deyə o
qeyd edib.
Maskın sözlərinə görə, ABŞ-ın dövlət borcu inanılmaz dərəcədə
sürətlə artır.
O bildirib ki, ümid edir ABŞ müflisliyi müəyyən müddətlik təxirə
sala və bu vaxt ərzində süni intellektlə robot texnologiyalarının
inkişafı üçün kifayət qədər zaman qazana biləcək.
Sahibkarın fikrincə, gələcəkdə məhz bu texnologiyalar dövlət
borcu probleminin həllində əsas rol oynaya bilər.

