“Qalatasaray” “İstanbulspor” üzərində qələbə qazandı – Türkiyə Kuboku

Baş səhifə

Bakı. Trend:

Türkiyə Kubokunun A qrupunda “Qalatasaray” – “İstanbulspor”
görüşü keçirilib.

Trend xəbər verir
ki, üçüncü turun oyunu “Qalatasaray”ın 3:1 hesablı qələbəsi ilə
yekunlaşıb.




“Qalatasaray”ın qollarını Mauro İkardi, Lukas Torreyra və Ahmed
Kutucu vurublar. “İstanbulspor”un təsəlli qolunun müəllifi isə
Mendi Mamadu olub.

Bununla da “Qalatasaray” qrupda ardıcıl üç oyunda meydandan
qalibiyyətlə ayrılıb.