
Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində
Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Ukrayna münaqişəsinin
nizamlanması üzrə üçtərəfli danışıqların ikinci raundu start
götürüb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Danışıqlarda ABŞ-ni Ağ Ev rəhbəri Donald Trampın xüsusi elçisi
Stif Uitkoff təmsil edir.
Rusiyadan olan nümayəndə heyətinə Rusiya Silahlı Qüvvələri Baş
Qərargahının Baş idarəsinin rəisi admiral İqor Kostyukov başçılıq
edir.
xxx
12:45
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff Ukrayna
münaqişəsinin nizamlanması üzrə Rusiya, ABŞ, Ukrayna
nümayəndələrinin iştirakı ilə keçiriləcək danışıqların ikinci
raundunda iştirak etmək üçün Əbu-Dabiyə səfər edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Bir müddət əvvəl xüsusi elçini daşıyan təyyarə BƏƏ-də hava
limanına eniş edib.
Qeyd edək ki, 4-5 fevral tarixlərində BƏƏ paytaxtında Rusiya,
ABŞ və Ukraynanın iştirakı ilə üçtərəfli danışıqlar keçiriləcə

