Samoanın cənub sahillərində 5,2 bal gücündə zəlzələ oldu

Baş səhifə

Bakı. Trend:

Samoaya məxsus Upolu adasının cənub sahillərində 5,2 bal gücündə
zəlzələ qeydə alınıb.

Trend-in
məlumatına görə, bu barədə Avstraliya Geoloji Xidməti bildirib.




Məlumata əsasən, zəlzələnin episentri Samoanın paytaxtı Apianın
yerləşdiyi Upolu adasından 180 km cənub-qərbdə yerləşib. Yeraltı
təkanların ocağı 84 km dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib, sunami
təhlükəsi elan edilməyib.