Bakı. Trend:
Niderlandın “Ayaks” klubu hücum xəttini yeni oyunçu ilə
gücləndirib.
Trend xəbər verir ki,
Amsterdam təmsilçisi “Veles Sarsfild”dən Maer Karrisonu transfer
edib.
Amsterdamlılar argentinalı vinger üçün onun klubuna 6 milyon
avro təzminat ödəyib. 19 yaşlı futbolçu ilə 2030-cu ilin yayına
kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Maer Karriso “Veles Sarsfild”in yetirməsidir.

