Bakı. Trend:
İsveçrənin Krans-Montana kurortunda barda baş verən yanğın
nəticəsində ölənlərin sayı 41-ə çatıb.
Trend xəbər verir
ki, məlumatı “Blick” qəzeti yayıb.
Qəzetin məlumatına görə, 18 yaşlı İsveçrəli qadın yanvarın 31-də
Sürix xəstəxanasında yanıqlardan vəfat edib.
Xatırladaq ki, yanvarın 1-nə keçən gecə İsveçrənin mərkəzindəki
məşhur xizək kurortu Krans-Montanadakı Le Constellation barında
yanğın baş verib. Yanvarın 2-də polis 40 nəfərin ölümünü
təsdiqləmiş və 119 nəfərin yaralandığını bildirmişdi.

