Azərbaycan Basketbol Liqasının XV turunda daha bir oyun keçirilib

Baş səhifə
Azərbaycan Basketbol Liqasının XV turunda daha bir oyun keçirilib

Azərbaycan Basketbol Liqasının XV turunda daha bir oyun keçirilib.

“Report”un məlumatına görə, B qrupunun matçında “Sumqayıt” doğma meydanda “Sərhədçi”ni qəbul edib.

Qarşılaşma qonaqların 98:94 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Lənkəran” – “Ordu”nu (103:63), “Naxçıvan” isə “Quba”nı (82:70) məğlub edib.

Azərbaycan Basketbol Liqasında XV tura fevralın 1-də yekun vurulacaq.