Çində 2021–2025-ci illərdə 38 milyondan çox nəqliyyat vasitəsi geri çağırılıb

Baş səhifə

Bakı. Trend:

Çində məhsul geri çağırma sisteminin təkmilləşdirilməsi
istiqamətində görülən tədbirlər çərçivəsində 14-cü Beşillik Plan
dövründə (2021–2025) 38 milyondan artıq nəqliyyat vasitəsi geri
çağırılıb.

Trend xəbər verir
ki, bu barədə Çin Xalq Respublikasının Bazar Tənzimlənməsi üzrə
Dövlət Administrasiyası (SAMR) məlumat yayıb.

Agentliyin məlumatına görə, sözügedən dövrdə nəqliyyat
vasitələrinin geri çağırılması 1074 dəfə həyata keçirilib.




Hesabat dövründə, həmçinin 40,4 milyondan çox məhsul vahidini
əhatə edən ümumilikdə 4190 istehlak məhsulunun geri çağırılması baş
tutub.

Qeyd olunur ki, bazar tənzimləmə orqanları məhsulların
keyfiyyəti və təhlükəsizliyi üzərində nəzarəti ardıcıl şəkildə
gücləndirməyə davam ediblər.