Bakı. Trend:
İran rəhbərliyi nüvə silahı əldə etməyə çalışmamalıdır, çünki
ABŞ Silahlı Qüvvələri prezident Donald Trampın istənilən əmrini
yerinə yetirməyə hazır olacaq.
Trend-in məlumatına görə, bu barədə Pentaqon katibi Pit Heqset
Ağ Evdə deyib.
“Düşmənlərimizin bizi necə qəbul etdiyini yenidən
formalaşdırmalıyıq. Prezident Tramp İranın nüvə silahı əldə
etməsinə icazə verməyəcəyimizi, nüvə bombanızın olmayacağını
deyəndə, ciddi şəkildə deyib”, – deyə o bildirib.
“Eyni şey indi İranla da baş verir. Biz onlara razılığa gəlmək
üçün bütün variantları təqdim edirik. Onlar nüvə silahı əldə etməyə
çalışmamalıdırlar. Biz bu prezidentin müdafiə nazirliyindən
gözlədiyi hər şeyi yerinə yetirməyə hazır olacağıq”, – deyə o əlavə
edib.

