Azərbaycanda kredit sığortası bazarı 8% böyüyüb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda kredit sığortası üzrə 5,681 milyon
manat sığorta haqqı toplanılıb.

Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü
illə müqayisədə 422 min manat və ya 8% çoxdur.

Hesabat dövründə kredit sığortası üzrə ödənişlər isə 16 min
manat və yaxud 21% azalaraq 60 min manat təşkil edib.




Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda sığorta şirkətlərinin
xətti ilə 1,505 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici
2024-cü ilə nisbətən 151,5 milyon manat və ya 11,2% çoxdur.

Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərən
sığorta şirkətləri tərəfindən 920,4 milyon manat sığorta ödənişi
edilib ki, bu göstərici 2024-cü illə müqayisədə 167,7 milyon manat
və ya 22,3% artım deməkdir.