Bakı. Trend:
İngiltərənin “Bornmut” klubu hücum xəttini yeni oyunçu ilə
gücləndirib.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Premyer Liqa təmsilçisi “Vasko da Qama”dan Rayanı transfer edib. “Bornmut” braziliyalı forvard üçün onun klubuna 28,5 milyon avro
təzminat ödəyib. 19 yaşlı futbolçu ilə 2030-cu ilin yayına kimi
nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Rayan “Vasko da Qama”nın yetirməsidir.

