Ukrayna MDB-nin dövlət sərhədlərinin mühafizəsi haqqında müqaviləsindən çıxdı

Baş səhifə

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın MDB üzv
dövlətlərinin dövlət sərhədlərinin və dəniz iqtisadi zonalarının
qorunması haqqında müqavilədən çıxması ilə bağlı fərman
imzalayıb.

Trend-in
məlumatına görə, müvafiq fərman V.Zelenskinin saytında
yayımlanıb.




“20 mart 1992-ci ildə Kiyev şəhərində bağlanmış MDB üzv
dövlətlərinin dövlət sərhədlərinin və dəniz iqtisadi zonalarının
qorunması haqqında sazişdən çıxmaq”, – deyə sənəddə bildirilib.

Ukrayna Xarici İşlər Nazirliyinə bu qərarın razılığı barədə
depozitarı məlumatlandırmaq tapşırılıb.