
Bakı. Trend:
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı Forumu, Qlobal Bakı
Forumu və Dünya Dini Liderlərinin Sammiti kimi mötəbər tədbirlərə
ev sahibliyi etməklə mədəniyyətlərarası dialoqa davamlı töhfələr
verir.
Trend xəbər
verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 26-da
Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Asiya Parlament
Assambleyasının (APA) 16-cı plenar sessiyasında çıxışı zamanı
deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin
təşəbbüsü ilə başladılmış “Bakı Prosesi” çərçivəsində keçirilmiş
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT tərəfindən
mədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas qlobal platforma
kimi tanınır. 2024-cü ilin mayında keçirilmiş 6-cı Forum
çərçivəsində Milli Məclis tərəfindən təşkil olunmuş
Parlamentlərarası Konfrans isə bu dialoqa “parlament ölçüsü”
qazandırıb.
Spiker Sahibə Qafarova çıxışında Azərbaycanın mədəniyyətlərarası
dialoqun sadiq tərəfdaşı olduğunu vurğulayıb.

