Bakı. Trend:
İspaniya və Azərbaycan arasında ikitərəfli əlaqələri
dərinləşdirmək üzrə ortaq iradə açıq-aşkar görünür. Biz mövcud
razılaşmaların, məsələn, turizm və təhsil sahəsində anlaşma
memorandumu kimi sənədlərin çərçivəsini genişləndirməyin vacibliyi
barədə danışdıq. Bu, Azərbaycan təhsil sistemində ispan dili və
mədəniyyətinin daha geniş yayılmasına kömək edir və gələcəkdə çox
maraqlı imkanlar üçün təməl ola bilər.
Trend xəbər
verir ki, bunu Milli İspaniya Krallığı Deputatlar Konqresinin sədri
Fransina Armenqol Sosias Məclisin sədri Sahibə Qafarova ilə birgə
keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bu səfərlə İspaniyanın Azərbaycan
Respublikası ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə, eləcə
də davamlı və yüksək səviyyəli siyasi və institutlararası dialoqun
aparılmasına sarsılmaz bağlılığı nümayiş etdirilir:
“İspaniya Deputatlar Konqresinin sədri kimi, may ayında ölkəmizə
etdiyi rəsmi səfərə cavab olaraq bu səfəri həyata keçirmək və
beləliklə parlamentlərimiz və ölkələrimiz arasındakı əlaqələri daha
da gücləndirmək mənim üçün böyük şərəfdir.
Parlament diplomatiyası – bu mövzuda həmfikirik – ölkələr
arasında anlaşmanı dərinləşdirmək, etimad yaratmaq və regional
sabitliyə töhfə vermək üçün vacib vasitədir.
İspaniya Bakıda öz institusional iştirakını inkişaf etdirməyə
çalışır və hər iki ölkə bu istiqamətdə uyğun şərait yaratmaq üçün
işləyir. Bu ikitərəfli əlaqələrdə şübhəsiz ki, iqtisadi və ticarət
potensialı böyükdür və son zamanlar ölkələrimiz arasında İqtisadi
Strateji Dialoqun başlanması ilə daha da artırılmışdır.
Sonda qeyd etmək istərdim ki, biz həmçinin parlamentlərarası
əməkdaşlığı yalnız ikitərəfli səviyyədə deyil, həm də beynəlxalq və
Avropa forumlarında artırmaq marağını paylaşdığımızı vurğulamaq
vacibdir.
Beləliklə, ölkəmiz bu regionda sabitlik, sülh və anlaşmaya,
eləcə də Azərbaycan Respublikası ilə əlaqələrin
möhkəmləndirilməsinə bağlılığını bir daha təsdiqləyir”.

