Cənubi Çin dənizində yük gəmisi batıb – Ölənlər var

Baş səhifə

Bakı. Trend:

Cənubi Çin dənizində, mübahisəli ərazi sayılan Skarboro rifinin
sularında yük gəmisi batıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, adı açıqlanmayan gəminin göyərtəsində 21
filippinli dənizçi olub. Qəza nəticəsində 2 ekipaj üzvünün həyatını
itirdiyi bildirilir.

Hazırda ərazidə genişmiqyaslı əməliyyat-axtarış əməliyyatları
keçirilir.