Xidmət rəisi: Əmək müqaviləsiz işləyən şəxs sonradan həmin stajı bərpa edə bilməz

Baş səhifə
Xidmət rəisi: Əmək müqaviləsiz işləyən şəxs sonradan həmin stajı bərpa edə bilməz

Əmək müqaviləsiz işləyən şəxs sonradan həmin stajı bərpa edə bilməz.

“Report” xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əmək müqaviləsi olmadan işə cəlb olunma halları qanunvericilikdə ağır cərimələr nəzərdə tutur.

“Stajın bərpa olunması mümkün deyil. Bəzi hallarda sənədlər olarsa, vətəndaş məhkəməyə müraciət edə bilər. Əmək müqaviləsi olduqda isə dövlət bu müqaviləni qoruyur, sığorta mexanizmləri tətbiq edir. Bu səbəbdən işəgötürənlər və işçilər arasında mütləq şəkildə müqavilə imzalanmalıdır”.