
Bakı. Trend:
Avropa İttifaqı İrana qarşı sanksiyaların daha da
sərtləşdirilməsi imkanını nəzərdən keçirir.
Trend-in
məlumatına görə, bunu Avropa Komissiyasının sədri Ursula Fon der
Leyen bildirib. Onun sözlərinə görə, Aİ-yə İranda hökumət əleyhinə
etirazların iştirakçıları tərəfindən yeni şəxslərin sanksiya
siyahısına salınması ilə bağlı müraciətlər daxil olub və bu
tələblər icra ediləcək.
Leyen vurğulayıb ki, Aİ digər ölkələrin mümkün hərbi addımlarına
münasibət bildirmir, lakin Tehrana qarşı məhdudlaşdırıcı
tədbirlərin gücləndirilməsi gündəmdədir.

